Bütün xəbərlər
Ronaldu xəstə uşağa görə millinin avtobusunu saxlatdırdı
Tarix: 09-06-2019 22:36 | Bölmə: Digər



Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu azyaşlı azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu saxlatdırıb.
A Bola” nəşrinin məlumatına görə, bu, Portuqaliya yığmasının Millətlər Liqasının finalından öncə keçirdiyi məşqdən sonra olub.
Leykemiya xəstəliyindən əziyyət çəkən 11 yaşlı uşaq əlində “Kriştianu Ronaldu, qucaqla məni” sözləri yazılan plakatla yolun kənarında Portuqaliya millisinin avtobusunu gözləyib. Uşağı görən Ronaldu sürücüdən avtobusu saxlatdırmağı istəyib və uşağın xahişini yerinə yetirib.
Oxu.az


Baxış sayı: 479


Bölməyə aid digər xəbərlər