Bütün xəbərlər
Azərbaycanda narkotik plantasiyası aşkarlandı
Tarix: 06-06-2019 11:36 | Bölmə: Digər



Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Mollavaizli kənd sakini Namiq Mehdiyev saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 278 ədəd çətənə kolu aşkar edilərək götürülüb.


Baxış sayı: 570


Bölməyə aid digər xəbərlər