Bütün xəbərlər
Fillər idmançılara hücum edib
Tarix: 04-06-2019 23:43 | Bölmə: Digər
                             


Modern.az xəbər verir ki, hadisə Tailandın Çonburi əyalətində qeydə alınıb.
 Məlumata görə, 25 kilometrlik marafon zamanı idmançılar fillərin hücumuna məruz qalıb.
 İnsident nəticəsində iki nəfər xəsarət alıb.
 Qeyd olunur ki, qaçışın 10-cu kilometrində bir neçə fil insanların qarşısını çıxıb. Onları atəşlə qorxutmaq mümkün olmayıb. Fillərdən biri idmançını xortumu ilə vurub. İkinci şəxs isə qaçarkən qolunu sındırıb.
 Daha sonra filləri oradan uzaqlaşdırmaq mümkün olub.


Baxış sayı: 543


Bölməyə aid digər xəbərlər