01:51 / 25-04-2024
Şəhid Elvin Həsənovun mövludu olub-VİDEO+FOTOLAR
23:52 / 24-04-2024
Fransada Olimpiadada terror aktı planlaşdıran yeniyetmə saxlanılıb
22:59 / 24-04-2024
Moskva vilayəti hökumətinin keçmiş sədr müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
22:31 / 24-04-2024
İlon Mask əmindir ki, gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq
22:24 / 24-04-2024
Bayden: "ABŞ bir neçə saat ərzində Ukraynaya silah tədarükünü bərpa edəcək"
22:20 / 24-04-2024
Dudayev: "Kadırov həddindən artıq güc, sağlamlıq və enerji ilə xəstədir"
22:15 / 24-04-2024
Üç rusiyalı boksçu Avro-2024-də medallara zəmanət verib
22:11 / 24-04-2024
Komi məhkəməsi Kasparov və Qudkovu qiyabi həbs edib
22:07 / 24-04-2024
FSB Tambovda terror aktı hazırlayan diversantı saxlayıb
21:55 / 24-04-2024
Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurları-Aybəniz Rüstəmova
21:45 / 24-04-2024
Lukaşenko bildirib ki, o, heç vaxt oğru olmayıb və övladlarına buna imkan verməyəcək
21:41 / 24-04-2024
Podnosova: "2023-cü ildə 39 milyon məhkəmə işinə baxılıb"
21:35 / 24-04-2024
Rusiyanın məhkəmə sistemində ciddi dəyişikliklər olmayacaq
21:32 / 24-04-2024
Pentaqon ATACMS raketlərinin Ukraynaya verildiyini təsdiqləyib
16:00 / 24-04-2024
Ukrayna Avropa Komissiyasından 1,5 milyard avro alıb
15:52 / 24-04-2024
"Spartak"ın sabiq baş məşqçisi Tedesko "Milan"ın qısa siyahısına daxil olub
15:46 / 24-04-2024
Qonşusunun qarajında qumbaranı partladıb
15:41 / 24-04-2024
Metroya giriş üçün pul ödəmək istəməyib...
15:31 / 24-04-2024
Londonda Kral At Mühafizəsinin bütün qaçan atları tutuldu
15:25 / 24-04-2024
Simferopol yaxınlığında çənlərin alışması nəticəsində 3 nəfər xəsarət alıb
10:49 / 24-04-2024
Ryazan yaxınlığında baş verən qəzada adi avtobusun sürücüsü həlak olub, 13 nəfər yaralanıb
10:37 / 24-04-2024
Primoryedə müalicə olunduqdan sonra nadir qartal təbiətə buraxılıb
10:31 / 24-04-2024
Odessada hərbi obyektdə baş verən partlayışlardan sonra şəhərin enerjisi qismən kəsilib
23:59 / 23-04-2024
Rusiya və ABŞ WADA-nın Çindən olan üzgüçülərlə bağlı qərarını tənqid edib
23:46 / 23-04-2024
Alek Bolduin təxribatçı jurnalistin əlindən telefonu çıxarıb
23:34 / 23-04-2024
Puşilin DXR rəhbərinin administrasiyasını ləğv etdi
23:27 / 23-04-2024
NATO Rusiya ilə münaqişə axtarmadığını bildirib
23:20 / 23-04-2024
Putinə müdafiə nazirinin müavininin saxlanması barədə məlumat verilib
22:50 / 23-04-2024
Zaporojye vilayətində PUA-nın hücumu nəticəsində 4 mülki şəxs həlak olub
22:44 / 23-04-2024
Rusiya müdafiə nazirinin müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
21:40 / 23-04-2024
Dani Olmo "RB Leipzig"dən ayrılaraq "Barselona"ya keçə bilər
21:35 / 23-04-2024
Paris Saint-Germain "Barselona"nın vunderkindi üçün 200 milyon avro ödəməyə hazırdır
21:30 / 23-04-2024
Baydenin helikopteri qazonda otların yanması səbəbindən ehtiyat vəziyyətinə gətirilib
21:25 / 23-04-2024
Bryanskda partlayış hazırlayan terror təşkilatının üzvü həbs edilib
21:19 / 23-04-2024
Raisi İsraili məhv etməklə hədələyib
21:13 / 23-04-2024
ABŞ Ukraynaya daha bir hərbi yardım paketi təqdim etməyə hazırlaşır
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlanıb
Tarix: 31-05-2019 16:25 | Bölmə: Digər
Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb.
DİM-dən "Report"a verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 35423 abituriyentdən 1148 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Qeyd edək ki, imtahanda abituriyentlərə II ixtisas qrupunda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III ixtisas qrupunda isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir. Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından (qəbul imtahanının 1-ci mərhələsindən) əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanının ikinci mərhələsindən toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 10-11 iyun 2019-ci il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 3, 4 və 7 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab kartı və cavab vərəqinin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apelyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında abituriyentin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.
Baxış sayı: 489
Bölməyə aid digər xəbərlər