Bütün xəbərlər
Təhsil Nazirliyi məktəblilər üçün kütləvi yay düşərgələri təşkil edəcək
Tarix: 31-05-2019 16:21 | Bölmə: Digər

                                 

Təhsil Nazirliyi məktəblilər üçün kütləvi yay düşərgələri təşkil edəcək.
"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov deyib.
O bildirib ki, bu, gələcəkdə maddi-texniki baza yaxşılaşdırıldıqdan sonra mümkün olacaq: "Bu halda məktəblilər düşərgəyə seçmə şəkildə aparılmayacaq, istənilən sayda şagird qatıla biləcəklər. Bu gün üçün Təhsil Nazirliyi tərəfəndən məktəblilər üçün qısamüddətli yay düşərgələri təşkil olunur. Bura əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən təhsil sahəsində, idmanda seçilən, fənn olinpiyadalarında qalib gələn şagirdlər yönləndirilir. Son 3 ildə bu düşərgələrə minlərlə şagird cəlb edilib".


Baxış sayı: 475


Bölməyə aid digər xəbərlər