Bütün xəbərlər
SUMQAYIT KARATEÇİLƏRİNİN NÖVBƏTİ UĞURU
Tarix: 29-05-2019 23:01 | Bölmə: Digər


22-24 may 2019-cu il tarixlərində Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında karatenin WKC növü üzrə dünya birinciliyi keçirilmişdir. 42 ölkədən 1000-ə  yaxın idmançının qatıldığı mötəbər birincilikdə milli yığma komandanın tərkibində çıxış edən Sumqayıt karate məktəbinin yetirmələri Akif Həsənov (63 kq) və Ülviyyə Həsənova (57 kq) bütün rəqiblərinə qalib gələrək Dünya birinciliyinin qalibi olmuşlar. Onların komanda yoldaşı Fərid Bayramlı isə bürünc mükafata layiq görülmüşdür. Qalib və mükafatçıları Baş İdarənin rəisi Elgün Hümbətovqəbul edərək onlarla yarış təəsuratlarını bölüşmüş, bundan sonra daha yüksək nəaliyyətlərə imza atmağı arzulamışdır. Sonda E.Hümbətov idmançılarla xatirə şəkili çəkdirmiş onlara gələcək yarışlarda uğurlar arzulamışdır.
Günel Məmmədli
Sabaha-inamla.Az


Baxış sayı: 657


Bölməyə aid digər xəbərlər