Bütün xəbərlər
Bakıda ukraynalı qadın gözəllik salonunda yandı
Tarix: 23-05-2019 22:53 | Bölmə: Digər
           Bakıda ukraynalı qadın gözəllik salonunda yandı

Bakıda ukraynalı turist qadın yanıb.
Axşam.az-ın "Trend"ə istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.
Azərbaycana turist kimi gələn Ukrayna vətəndaşı Sikorsko Alla Fraçovna paytaxtın Səbail rayonu, Puşkin küçəsi, ev 10 ünvanında yerləşən "Megasun Solarium Studio" gözəllik salonunda seans zamanı boynun ön səthi, sinəsi, hər iki yuxarı və aşağı ətrafının 1-ci və ikinci dərəcəli yanıq xəsarətləri alıb.
Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.


Baxış sayı: 574


Bölməyə aid digər xəbərlər