Bütün xəbərlər
Dilarə Miri Yusifin klipində çox cəsarətli obrazda - VİDEO
Tarix: 21-05-2019 00:16 | Bölmə: Digər



Əməkdar artist Miri Yusif yeni klipini izləyicilərin ixtiyarına verib.
Oxu.Az xəbər verir ki, məşhur 125 minlik rəsmi Youtube hesabında sözləri Fariz Zeynallı, musiqisi Ceyhun Cabbaroğluna məxsus “Uyma”  adlı bəstəyə ekran həyatı verib. Vüqar İslamzadənin rejissorluq etdiyi klipdə “Avroviziya” təmsilçilərimizdən olan müğənni Dilarə Kazımova çəkilib. 
Seksual və cəsarətli rəqsləri ilə lüks və dəbdəbəli idman avtomobilinin fonunda həmkarı Miri Yusifin qlamur klipinə çəkilən Kazımova canlandırdığı bir neçə obrazı ilə diqqətləri öz üzərinə çəkib. 
Qeyd edək ki, Miri Yusif artıq ikinci dəfədir ki, Dilarə Kazımovanı klipinə çəkir. Bundan öncə Dilarə həmkarının “Ad günü” adlı mahnısının klipində rol alıb. 
Nəzərinizə çatdıraq ki, əməkdar artist Miri Yusif iyunun 7-8-9-da “Yaşıl Teatr”da solo konsert proqramı ilə çıxış edəcək. 
                               


Baxış sayı: 596


Bölməyə aid digər xəbərlər