Bütün xəbərlər
Sumqayıtda “Nəqliyyat Könüllüləri” devizi altında aksiya davam edir
Tarix: 15-05-2019 03:40 | Bölmə: Digər

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ictimai nəqliyyat vasitələrində “Nəqliyyat  Könüllüləri” devizi altında “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərində öz əksini tapmış məsələlərin həlli, sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış  qaydalarının təbliği,ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq, qayda qanuna riayət etmək və bununla da daha rahat və təhlükəsiz sərnişin daşımaya şərait yaratmaq və digər mövcud problemləri aradan qaldırmaq məqsədiləkönüllülər qrupu yaradılıb.Maarifləndirmə işində müxtəlif sahələri təmsil edən ictimai fəal gənclər iştirak edir.
Maarifləndirmə işində iştirak edən könüllülər qrup şəklindəBaş İdarə və Nəqliyyat MMC-nin əməkdaşlarının müşayətilə müxtəlif marşurut xətləri üzrə nəqliyyat vasitələrində sürücü və sərnişinlərin ictimai mədəni davranış qaydalarına riayət etmələri ilə bağlı maarifləndirmə işi aparmış, bukletlər paylamışlar.
Sabaha-inamla.Az






Baxış sayı: 601


Bölməyə aid digər xəbərlər