Bütün xəbərlər
Aparıcı şahzadəni lağa qoydu, BBC-dən qovuldu - FOTO
Tarix: 10-05-2019 17:10 | Bölmə: Digər



BBC 5 Live radiostansiyasının aparıcısı Denni Beyker “Twitter”dəki qalmaqallı paylaşımına görə işdən qovulub. Belə ki, bir müddət əvvəl Beyker “tvit”lərinin birində Şahzadə Harri və Sasseks hersoginyası Meqan Marklın yeni doğulmuş oğlunu meymunla müqayisə edib.  
Bu haqda “Metro” yazır.
Beykerin mayın 8-də paylaşdığı ağ-qara şəkildə insan qiyafəsində olan şimpanzenin əlindən tutan qadın və onların yanında dayanan kişi təsvir olunub. Şəklin üzərinə aparıcı “Kral ailəsinin körpəsi xəstəxananı tərk edir” yazısını qeyd edib. İzləyiciləri Beykeri bu “tvit”inə görə irqçilikdə ittiham ediblər. Tənqid yağışıdan sonra aparıcı həmin paylaşımı silmək qərarına gəlib.
Ancaq bu, onu sonrakı aqibətindən qurtarmayıb. Belə ki, çox keçmədən BBC korporasiyasının rəhbərliyi Beykerin “ciddi səhv”ə yol verdiyini deyərək, onunla yollarını ayırdıqlarını vurğulayıb.
“Denni əla aparıcıdır, ancaq daha həftəlik şouda bizimlə işləməyəcək”, - deyə korporasiyadan bildiriblər.


Baxış sayı: 518


Bölməyə aid digər xəbərlər