Bütün xəbərlər
Toronto polisi silahlı şəxs barədə məlumatlardan sonra 2 məktəbi mühafizəyə götürüb
Tarix: 07-12-2018 02:20 | Bölmə: Digər

Kanadanın Toronto şəhərində polis əməkdaşları iki məktəbi mühafizəyə götürüb.
Trend-in məlumatına görə, buna səbəb məktəblərdən birində naməlum silahlının olması barədə yayılan məlumatlar olub.
Bildirilir ki, bir neçə şahid məktəbin daxilində təhsil ocağının keçmiş tələbəsini əlində tapança ilə görüb. Bundan sonra, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub yaxınlqdakı məktəb də daxil olmaqla hər iki məktəb mühafizəyə götürülüb.
Polis nümayəmndəsi Sal Qranatın sözlərinə görə, məktəbdə atışma baş verməyib, xəsarət alan yoxdur.
Hazırda polis əməkdaşları məktəbdə əlində silahla görünən 18 yaşlı şəxsi axtarırlar.


Baxış sayı: 557


Bölməyə aid digər xəbərlər