Bütün xəbərlər
Zaqatalada çaqqal insanlara hücum edib
Tarix: 17-10-2018 02:41 | Bölmə: Digər

         


Zaqatalada çaqqal insanlara hücum edib. Həyətə soxulan yırtıcı, ev sahibinin üzərinə atılaraq ona xəsarət yetirib.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Zaqatalada Muğanlı kəndində baş verib. Səhər tezdən işə getmək istəyən kənd sakini Çingiz Əhmədov darvazasında çaqqalla qarşılaşıb. Həyətə soxulan yırtıcı ilə Çingiz Əhmədov sözün əsl mənasında əlbəyaxa olub.
Bu zaman çaqqal onun sol əlinin barmağını, sağ qolunu əli ilə birgə çeynəyib və sol dizini dişləyib. Özünü çətinliklə yırtıcının əlindən qurtaran ev sahibi çaqqalı həyətdən qova bilib. Bundan sonra o, xəstəxanaya müraciət edib.
Çingiz Əhmədovun sözlərinə görə, kəndin ətrafı meşəlik olduğu üçün kənddə yem axtaran çaqqallar çox tez-tez görünür. Bu da insanlar üçün təhlükəlidir.


Baxış sayı: 1 116


Bölməyə aid digər xəbərlər