Bütün xəbərlər
Qubada istifadəsiz quyudan neft çıxır
Tarix: 17-10-2018 02:38 | Bölmə: Digər

    

Qubanın Talabı kəndində neft quyusu yenidən aktivləşib.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, sakinlər bildirirlər ki, bir il əvvəl aidiyyəti qurumların nümayəndələri ərazidə olub və müvafiq araşdırmadan sonra quyunun ağzını betonlayıblar. Amma görünür təziq artıb və sızma olduğu üçün ərazidə neft gölməçəsi yaranıb.
Neft quyusu 1975-ci ildə aktiv olub, sonra 1977-ci ildə isə quyunun ağzını bağlayıblar. 2017-ci ildə isə burdan neft çıxdığına görə Neft şirkətinin əməkdaşları texnika vasitəsilə baxış keçiriblər və nəticədə quyunun ağzını bağlayıblar.
Məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi vahidliyi üzrə nümayəndəsi Xanlar Heybətov ərazidə 2017-ci ildə neft quyusuna görə araşdırma aparıldığını, quyunun ağzının bağladıqlarını bildirib. Hazırda quyudan neft çıxmağa davam etdiyinə görə əraziyə yenidən baxış keçirilib.


Baxış sayı: 659


Bölməyə aid digər xəbərlər