Bütün xəbərlər
Messi Ronaldonun "Yuventus"a keçməyindən təəccüblənib
Tarix: 04-09-2018 08:54 | Bölmə: Digər

            

"Barselona" futbol klubunun argentinalı hücumçusu Lionel Messi Kriştianu Ronaldonun "Real Madrid" klubundan "Yuventus"a getməsindən təəccüblənib.
Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verir.
"Məlumdur ki, o dünyanın ən yaxşı oyunçularındandır, onun keçidi "Yuventus"u Çempionlar Liqasını favoritlərindən edir", - deyə Messi bildirib və qeyd edib ki onun qərarından təəccüblənib: "Mən onu "Real"dan kənarda təsəvvür etmirdim".
Xatırladaq ki, iyulun 10-da Ronaldo "Yuventus" klubunda 100 milyon avroya keçib. Portuqaliyalı hücumçu "Real"ın şərəfini 2009-cu ildən qoruyurdu.


Baxış sayı: 599


Bölməyə aid digər xəbərlər