Bütün xəbərlər
"Vorskla"nın kapitanı: "Qarabağ" güclü rəqibdir..."
Tarix: 02-09-2018 01:11 | Bölmə: Digər

        

"Avropa Liqasında çətin qrupa düşmüşük. "Arsenal"a qarşı oynamağı düşünəndə müsbət emosiyalar yaranır. Bu komandanın oyunu məni həmişə heyran edib. İngiltərə futbolunu sevmişəm, "Arsenal"ın oyunu həmişə məni valeh edib. Bilirəm ki, Londonda oynamaq komanda üzvlərimizin xəyalıdır. Biz bunu həyata keçirdiyimiz üçün sevinirik. "Arsenal"dan Henrix Mxitaryanla şəxsən görüşəcəyəm. Onunla Ukraynada dəfələrlə qarşılaşmışıq".
Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, bu sözləri "Vorskla"nın kapitanı Vladimir Çesnakov Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib. Ukrayna təmsilçisinin müdafiəçisi "Qarabağ" və "Sportinq"i də çətin rəqib adlandırıb: "Poltavada azarkşlər üçün əsl bayram olacaq. Qrup matçlarında bizi dəstəkləyəcəklərinə inanıram. "Qarabağ"la "Sportinq"də çətin və güclü rəqiblərdir".
30 yaşlı futbolçu "Qarabağ"ın oyunlarını izlədiyini deyib: "Mən heç vaxt Azərbaycana getməmişəm. Ancaq "Qarabağ"ın avrokuboklardakı bir çox matçlarını izləmişəm. Püşkü yaxşı dəyərləndirirəm".
Qeyd edək ki, "Qarabağ", "Arsenal", "Sportinq" və "Vorskla" klubları Avropa Liqasının E qrupunda yer alıblar.


Baxış sayı: 619


Bölməyə aid digər xəbərlər