Bütün xəbərlər
"Qararbağ"ın Avropa Liqasının "pley-off" mərhələsində rəqibi bəlli oldu
Tarix: 17-08-2018 02:22 | Bölmə: Digər

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin oyunları başa çatıb.
Trend-in məlumatına görə, təsnifat mərhəlsi çərçivəsində İslandiyanın "Valur" klubu ilə Moldovanın "Şerif" klubu üz-üzə gəliblər. Oyun İslandiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qollar: H.Siqurdsson - 1:0 (40-cı dəqiqə), Z.Badibanqa - 1:1 (66-cı dəqiqə), K.Halldorsson - 2:1 (90+1-ci dəqiqə).
Xatırladaq ki, ilk oyun "Şerif"in 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Beləliklə, UEFA Avropa Liqasının "pley-off" mərhələsində "Qarabağ" - "Şerif" cütü üz-üzə gələcəklər.


Baxış sayı: 601


Bölməyə aid digər xəbərlər