12:32 / 29-05-2020
TƏBRİK EDİRİK!
Əfqan qaçqınlarına yardım göstərilmişdir
Tarix: 22-05-2020 01:30 | Bölmə: Digər
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurası ölkəmizdə  daimi yaşayan  əfqan qaçqınlarına və onların ailə  üzvlərinə  koronavirus pandemiyası və xüsusi karantin şəraitində, eləcə də orucluq dövründə maddi və mənəvi yardımı təmin etmək üçün humanitar misiyanı həyata keçirmişdir. “Azyaşlıların hüquqi maariflənməsinə kömək” İctimai Birliyinə Azərbaycan cəmiyyətinə tam inteqrasiya olunmamış, qaçqın həyatı yaşayan əfqanların qoruyucu, sanitar-gigiyenik vasitələrlə eləcə də ehtiyacı olan əfqanları zəruri ərzaq məhsulları ilə təmin etmək üçün vəsait ayırmışdır.
Dünyada və  ölkəmizdə  koronaviruspandemiyasının  geniş  yayılması hər bir şəxs kimi əfqanların da səhhətinə, psixoloji durumuna və sosial həyatına neqativ təsir göstərmişdir. BMT QAK-ın göstərdiyi yardımların azalması, iş yerlərinin  olmaması, xüsusi karantin rejimində fəaliyyətin məhdudlaşdırılması bu insanları çətin vəziyyətə salmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın informasiyalarını vaxtında ala bilməyən, belə şəraitdə öz hüquqlarını, evdən çıxma mexanizmini bilməyən əfqanların üzləşdikləri problemlərlə bağlı daimi informasiyaya, hüquqi yardıma və sosial xidmətə ehtiyacları vardır.
Hamımızın gərgin şəraitdə yaşadığı  bu  dövrdəvətəndaş cəmiyyəti fəallarının  bu  zəif müdafiə  olunan qrupa  köməyi ölkəmizin beynəlxalq humanist imicindən, xalqımızın insanpərvərlik duyğusundan xəbər verir, insanlarımızın mənəviyyatını ifadə edir.
 Bu günlərdə Ramazan Bayramı ərəfəsində İctimai Birliyin üzvləri ən çətin vəziyyətdə olan 25 əfqan ailəsində olmuş, onlara ərzaq və tibbi ləvazimatla yardım etmişlər. Əfqanlar yardıma görə Azərbaycan hökümətinə, QHT Şurasına və təşkilatın üzvlərinə minnətdarlıqlarını bildirmişlər. Belə yardımların davam etdiriləcəyi bildirilir.
Kamran Orucov
Sabaha-inamla,Az







Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər