Bütün xəbərlər
ƏLHƏDDİN CEKLİ- PAŞAYEV: "EVDƏ QALAQ, SAĞLAM OLAQ!"
Tarix: 06-04-2020 00:30 | Bölmə: Digər
Əziz və hörmətli həmvətənlərimiz! Mən də elə ilk gündən ölkə başçımızın “Evdə qal” kompaniyasına qoşulub, evdəyəm. Əsasən də öz pedaqoji işim və yaradıcılığımla məşğul oluram. Özümün publisist yazılarımı, məqalələrimi və başqa janrlı əsərlərimi yazıram. Çalışıram ki, bu yolla gənclərimizin maariflənməsinə köməklik eləyim. Allah millətimizə və yer üzündə olan xeyirxah insanlara kömək olsun. Məncə evdə qalan həmvətənlərimiz hər şeyə pazitiv yanaşsalar, dövlət rəhbərimizin qoyduğu qanuna əməl eləsələr, sağlamlığımızın qorunması üçün zəmin yaranar. İndi məhz evdə qalmaq və vaxtını sevdiyin işlərlə dəyərləndirmək zamanıdır. Odur ki, bildirmək istəyirəm ki, Azərbaycan hökuməti tərəfindən görülmüş son dərəcə vacib tədbirlərə baxmayaraq, xəstəliyin ölkə ərazisində yayılması müşahidə edilir. Hazırda təkcə ölkəmizdə deyil, habelə dünya ölkələrində virusa yoluxma dinamikası gündəlik artmaqdadır. Təəssüflə deməliyəm ki, xəstəliyin bu artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, insanların əksər hissəsinin xüsusi rejim qaydalarının tələblərinə əməl etməməsi və digər şəxslərlə sıx təmasda olmasıdır. Bu həmçinin bir tərəfdən də ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələri səbəbdən irəli gəlir. Bunun üçün hər bir vətəndaş bir-biri ilə yaxın əlaqələrini minimuma endirməlidir. Beləliklə hər bir insan ölkə ərazisindəki xüsusi rejim dövründə aprelin 20-dək gücləndirilmiş qaydalara əməl etməyə borcludur. Bu zaman hər kəs fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduğu hallarda, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə icazəli hesab oluna bilər. Aydın məsələdir ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədi üçün həyata keçirilir. Həqiqətən belə bir ərəfədə hər bir insanda yaşamaq üçün və dünyanı cənginə alan koronavurusla mübarizə aparmaq üçün böyük bir inam olmalıdı. Axı atalarımız da gözəl deyib ki, “İnam olan yerdə qalibiyyət də mövcuddur”. Məhz deyilənləri nəzərə alaraq, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir kəsdən karantin rejimi qaydalarına əməl etmələri tələb olunur. Ona görə də EVDƏ QALAQ, SAĞLAM OLAQ!!!....



Baxış sayı: 1 506


Bölməyə aid digər xəbərlər