Bütün xəbərlər
Voleybol və üzgüçülük idman növləri üzrə şəhər birinciliyinə yekun vuruldu
Tarix: 24-02-2020 22:54 | Bölmə: Digər
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “05 mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr edilmiş voleybol və üzgüçülük idman növləri üzrə şəhər birincilikləri keçirilmişdir. Yarışların keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunmuş “05 mart Bədən Tərbiyəsi və İdman günü”nü qeyd etmək, məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsinin və idmanın rolunu artırmaqdan ibarətdir.
20-23 fevral 2020-ci il tarixlərində voleybol üzrə keçirilən yarışda “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası bütün rəqiblərinə qalib gələrək qızıl, 25 nömrəli tam orta məktəbin komandası gümüş, 21 nömrəli tam orta məktəbin komandası isə bürünc medala layiq görülmüşlər.
23 fevral 2020-ci il tarixində isə üzgüçülük üzrə yarışda Aytac Nəsirova, Yelizaveta Boqatıryova, Zərifə Məmmədova, Nuray Nəsənli, Leyla Abduləzizova, Selcan Oruclu, Sevinc İsmayılzadə, Fatimə Abduləzizova qızlar, Niyaz Məlikov, Nizami Həmidzadə, Yusif Məmmədli, Ayaz Zərbəliyev, Elşad Verdizadə, Xalid Şahmarlı, Cəmil İmanov, Elnar Kərimli isə oğlanlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal, kubok və hədiyyələri ilə təltif olumuşlar.
Sabaha-inamla.Az




Baxış sayı: 465


Bölməyə aid digər xəbərlər