Bütün xəbərlər
Sumqayıtda “İnteraktiv Düşüncə” adlı bilik yarışının II mərhələsi keçirildi
Tarix: 24-02-2020 21:48 | Bölmə: Digər
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olan “İnteraktiv Düşüncə” bilik yarışının növbəti mərhələsi yeniyetmələr arasında icra olunub.
İlk öncə dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən layihə rəhbəri Rüfət Bağırov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, layihənin məqsədinin Azərbaycan tarixinin, milli-mənəvi dəyərlərinin gənclər arasında təbliğindən, intellektual, elmi fəaliyyətə həvəsləndirilmə, komanda ilə işləmə bacarığının inkişaf etdirilməsi və asudə vaxtın səmərəli təşkil edilməsi olduğunu qeyd etmiş, layihənin icrasında göstərilən dəstəyə görə aidiyyatı təşkilatlara minnətdarlığını bildirmişdir.
Bilik yarışında şəhərin ora ümumtəhsil və orta ixtisas təhsil müəssisələrini təmsil edən yeniyetmələrdən ibarət 10 komanda olmaqla, ümumilikdə 60 iştirakçı öz bilik və bacarıqlarını sınamışdır. Gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə 31 saylı tam orta məktəbin “Gryffindor”, II yerə Texniki və Təbiət Elmləri Liseyinin “Zion”, III yerə isə “La case de” komandası layiq görülmüşdür. Qaliblərə kubok, medal, hədiyyə, iştirakçılara isə sertifikatlar təqdim edilmişdir.
Sabaha-inamla.Az





Baxış sayı: 424


Bölməyə aid digər xəbərlər