Bütün xəbərlər
Zelenskinin çəkildiyi film Ukraynada qadağan olundu
Tarix: 18-02-2020 19:34 | Bölmə: Digər

                      Zelenskinin çəkildiyi film Ukraynada qadağan olundu

Ukrayna Dövlət Film Agentliyi hazırkı Prezident Vladimir Zelenskinin baş rollardan birində çəkildiyi “Ən yaxşı 8 görüş” filminin nümayişini və yayılmasını qadağan edib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, komediya filminin qadağası haqda qərar hələ 2019-cu ildən verilib. Zelenskidən başqa filmdə Yekaterina Varnava, Oksana Akinışina, Svetlana Xodçenkova çəkiliblər. Zelenski, həmçinin, filminprodüseri və ssenaristidir.
Ekran işinin premyerası 2012-ci ilin yazında olub.



Baxış sayı: 460


Bölməyə aid digər xəbərlər