Bütün xəbərlər
Sumqayıtda parlament seçkiləri ilə əlaqədar maarifləndirmə işi davam edir
Tarix: 24-01-2020 01:46 | Bölmə: Digər
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 22 yanvar 2020-ci il tarixində Sumqayıt şəhər 10 nömrəli və 3 nömrəli Peşə Liseylərində ilk dəfə səs verəcək gənclərin iştirakı ilə seminar keçirildi.
Tədbirigiriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun baş məsləhətçisi Pərvin Rəsulov iştirakçıları salamlayaraq, Respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından, Milli Məclisə keçirilən seçkilərin ölkəmiz üçün əhəmiyyətindən danışdı.Qeyd edildi ki, tədbirin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrası, gənclər arasında seçkilərdə iştirakın təbliği, seçkilərdə ilk dəfə iştirak edən gənclərin seçki prosesi, seçkilərdə iştirak hüququ, seçicilərin hüquq və vəzifələri, səsvermə proseduru barədə maarifləndirilməsidir.
            Sonra 31 nömrəli tam orta məktəbin tarix müəllimi Raqif Şirinov iştirakçılara müstəqil demokratik Azərbaycan Respublikasının keçdiyi şərəfli yol, əldə etdiyi yüksək seçki mədəniyyəti və təcrübəsi barədədanışaraq, qanunla hüquqları məhdudlaşdırılmayan 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının öz səsvermə hüququndan istifadə etməklə əslində seçki obyektivliyini təmin etmiş olacağını bildirdi.
Digər çıxış edənlər 10 nömrəli Peşə Liseyinin direktor müavini Elmira Qənbərova, 3 nömrəli Peşə Liseyinin direktor müavini Xuraman Zeynalova, tarix müəllimi Akif Kazımov seçkilərdə iştirak hüququ, səsvermə proseduru barədə ətraflı məlumat verdilər.
            Sonda gəncləri maraqlandıran suallar cavablandırılmış, iştirakçılara maarifləndirici bukletlər paylanılmışdır.
Sabaha-inamla.Az





Baxış sayı: 566


Bölməyə aid digər xəbərlər