Bütün xəbərlər
Yunan-roma və sərbəst güləş üzrə Sumqayıt birinciliyinə yekun vuruldu
Tarix: 21-01-2020 23:18 | Bölmə: Digər

   “Alüminiumçu” İdman Evində “20 yanvar” şəhidlərinin xatirəsinə həsr edilmiş 2003-2005-ci il təvəllüdlü yeniyetmələr arasında şəhər birincilikləri keçirilmişdir.
16-17 yanvar 2020-ci il tarixlərində yunan-roma güləşi üzrə keçirilən yarışda Elvin İbadov (45 kq), Mərd Əlizadə (48 kq), Teymur Əhmədli (51 kq), Təvəkkül Həziyev (55 kq), Fərid Xəlilov (60 kq), Tural Bayramov (65 kq), Səid Axundzadə (71 kq), İbrahim Mehrəliyev (80 kq), Fərid Hacılı (92 kq) və Murad Bəhlulzadə (110 kq) birinciliyin qalibi olmuşlar.
18-19 yanvar tarixlərində isə sərbəst güləş üzrə yarışda Faim Əmirov (45 kq), Amid Qədimov (48 kq), İsmayıl Əliyev (51 kq), Orxan Quliyev (55 kq), Seymur Yunusov (60 kq), Cavidan Əhmədov (65 kq), Vasif Quliyev (71 kq), Qiyas İsayev (0 kq), Əzrək Əliyev (92 kq) və Murad Hüseynov (110 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və medallarla təltif olunmuşlar.
Sabaha-inamla.Az



Baxış sayı: 551


Bölməyə aid digər xəbərlər