Bütün xəbərlər
Sumqayıtda “İctimai davranış qaydalarının gənclərə təşviq edilməsi” layihəsinin ilk mərhələsi icra olundu
Tarix: 20-01-2020 23:37 | Bölmə: Digər
18 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə Gənclər Evində “İctimai davranış qaydalarının gənclərə təşviq edilməsi” layihəsi çərçivəsində ilk seminar keçirilmişdir.
İlk öncə iştirakçılara ictimai davranış qaydaları haqqında video-çarğ nümayiş etdirilmişdir. Seminarda çıxış edən layihə rəhbəri Əli Zeynalov ölkədə gənclərə göstərilən diqqət və qayğıdan danışmış layihənin Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu qeyd etmişdir. Bildirildiki layihənin məqsədi ictimai-mədəni-sosail qaydaları, normaları, davranış qaydalarını gənclərə təşviq etmək, belə qaydalara əməll olunmanın vacibliyini önə çəkmək, cəmiyyətdə daha etik, anlaşıqlı, avanqard, aqressiyadan kənar bir gənclik toplumu yetişməsinə nail olmaqdır.
Layihənin kordinatoru Əli Miriyev, ekspert Arzu İlhamsoy çıxışlarında layihənin yeniyetmə və gənclərin ictimai məsuliyyətinin, mədəniyyət normalarının inkişafına xidmət etdiyini bildirmiş, cəmiyyətdə sağlam mövqe tutmaq istəyən gənclərin etik qaydalara riayət etmələrinin, özlərinin mədəni səviyyələrini artırmağın qeydinə qalmalarının vacibliyini vurğulamışlar.
Daha sonra ekspert tərəfindən şəxsiyyətin formalaşması, həyatla bağlı təməl prespektivlərinin inkişafı, gənclərin özləri və ətrafdakı insanlarla münasibətdə ictimai-mədəni-sosail davranışların dərk edilməsi, cəmiyyətdə qəbul edilmiş mənəvi, hüquqi və sosial standartlar və onların pozulmasının səbəbləri, qarşısının alınması üsulları təqdimat formasında iştirakmçılara izah edilmiş, çalışmalar reallaşdırılmışdır.
Sonda gəncləri maraqlandıran sullar cavablandırılmış, maarifləndirici xarakterli bukletlər paylanılmışdı




Baxış sayı: 483


Bölməyə aid digər xəbərlər