Bütün xəbərlər
Türkiyə millisinin sabiq futbolçuları barədə həbs - Qərarı
Tarix: 20-01-2020 18:57 | Bölmə: Digər

                Türkiyə millisinin sabiq futbolçuları barədə həbs

Türkiyə millisinin keçmiş futbolçuları Bekir İrtegün, Uğur Boral, Zafer Biryol, Ömər Çatkıçı da daxil olmaqla 6 nəfər barədə FETÖ-nün futbol təşkilatlanması ilə bağlı məhkəmə qərarı elan olunub.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Bekir, Uğur, Ömər hər biri 2 il 1 ay, keçmiş menecer Ersin Güreler, məşqçi İsmayıl Şengül, futbolçu Zafer isə hər biri 6 il 3 ay həbsə məhkum edilib.
Müttəhimlərin vəkilləri onlara qarşı irəli sürülmüş “FETÖ-çü” iddiası ilə razılaşmadıqlarını bildirərək, bəraət tələb etsələr də, məhkəmə qərarı dəyişməyib.
Onlar haqqında ölkə xaricinə çıxmaq qadağası da qüvvədə saxlanılıb. Bundan başqa, Bekir, Ömər və Uğur haqqında 1 il intizam tədbirinə hökm verilib.


Baxış sayı: 415


Bölməyə aid digər xəbərlər