Bütün xəbərlər
Hakimin avtomobilinə bomba qoyuldu, çempionat dayandı
Tarix: 18-01-2020 13:46 | Bölmə: Digər

               Hakimin avtomobilinə bomba qoyuldu, çempionat dayandı

Kipr Futbol Federasiyası ölkə çempionatının oyunlarını qeyri-müəyyən tarixə kimi təxirə salıb.
“Qafqazinfo” xəbər verir ki, buna Kipr çempionatının hakimlərindən olan Konstantino üçün sui-qəsd hazırlanması səbəb olub.
Belə ki, naməlum şəxslər 33 yaşlı hakimin evinin qarajındakı avtomobilinə bomba qoyaraq hadisə yerindən uzaqlaşıblar. Partlayış zamanı hakim avtomobildə olmayıb.
Ancaq avtomobilə ciddi zərər dəyib. Baş verənlərdən sonra Kipr Futbol Federasiyası çempionatın dayandırıldığını elan edib.


Baxış sayı: 475


Bölməyə aid digər xəbərlər