Bütün xəbərlər
Güllə atıcılığı üzrə Sumqayıt çempionatına yekun vuruldu
Tarix: 01-11-2019 23:29 | Bölmə: Digər
Paralimpiya İdman Kompleksində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş pnevmatik silahdan güllə atıcılığı üzrə şəhər çempionatı keçirilmişdir.
Çempionatda şəhərin ali, orta ixtisas, peşə liseyləri və gənclər təşkilatlarının ümumilikdə 8 komandası qalib adı uğrunda mübarizə aparmışdır. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt Musiqi Kollecinin komandası birinci (135 xal), 3 nömrəli Peşə liseyinin komandası ikinci (121 xal) və Sumqayıt Texniki Kollecinin komandası isə üçüncü (119 xal) yerləri tutmuşdur.
    Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal, hədiyyə və kubok ilə təltif olumuşdur.
Sabaha-inamla.Az




Baxış sayı: 519


Bölməyə aid digər xəbərlər