Bütün xəbərlər
İstanbuldan gələn qadın alt geyimində qızıl keçirdi - Foto
Tarix: 31-10-2019 14:28 | Bölmə: Digər

                İstanbuldan gələn qadın alt geyimində qızıl keçirdi

İstanbul-Bakı aviareysiylə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş “Yaşıl kanal” buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçən zaman saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib.
“Qafqazinfo” xəbər verir ki, daha sonra həmin şəxs əşyalarını rentgen aparatından keçirib gömrük nəzarətini tərk etmək istəyərkən yenidən saxlanılıb. Xanım vətəndaş sorğu-sual zamanı üzərində gömrük nəzarətinə bəyan olunası, gömrük nəzarətindən gizlədilmiş heç bir əşyanın olmadığını bildirib.
Lakin şəxsi yoxlamadan öncə o, əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi və alt geyimində gizlətdiyi 1 ədəd sellofan bükümü gömrük əməkdaşına təqdim etməli olub. Şəxsi yoxlama zamanı isə vətəndaşın alt geyimində daha 1 ədəd sellofan büküm aşkar olunub.
Həmin bükümlərdə isəqızıldan hazırlanan, bəzilərinin üzərində qaşlar olan 34 ədəd qolbaq və 75 ədəd boyunbağı aşkarlanıb. Aşkar olunan zərgərlik məmulatının ümumi çəkisi 386 qram təşkil edib.



Baxış sayı: 456


Bölməyə aid digər xəbərlər