Bütün xəbərlər
1 milyonluq piton dərisi, fil dişi, kərgədan buynuzu - Azərbaycanlının evindən çıxanlar+Fotolar
Tarix: 31-10-2019 01:02 | Bölmə: Digər

                    1 milyonluq piton dərisi, fil dişi, kərgədan buynuzu

İstanbulun Kağıthane məhəlləsində Qaçaqmalçılıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir əməliyyat zamanı azərbaycanlı N.S.-nın evindən nəsli tükənməkdə olan heyvan və bitki növləri, onlardan hazırlanmış əşyalar tapılıb. Onların arasında 189 kərgədan, fildişi və kəhribar təsbeh, 2 fil dişi, 1 kərgədan buynuzu, 4 metr 60 santimetr uzunluğunda piton dərisi, 62 ədəd fil dişindən hazırlanmış suvenir, 14 tarixi əsər olub. Ələ keçirilən 269 əşyanın qanunsuz yolla Türkiyəyə gətirildiyi və təxminən 1 milyon 500 min lirə dəyərində olduğu müəyyən edilib.
N.S. ifadə verdikdən sonra şərti azadlığa buraxılıb.





Baxış sayı: 486


Bölməyə aid digər xəbərlər