12:21 / 20-04-2024
Deputat İvlev: "Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbələri NATO tərəfindən planlaşdırılıb"
12:16 / 20-04-2024
Mağaza sahibini şahidlərin gözü qarşısında güllələyib
12:12 / 20-04-2024
Moskvada keçirilən MMA turniri kütləvi dava ilə başa çatıb
12:05 / 20-04-2024
Soçidə şortikli turisti qarlı yamacdan xilas etmək 8 saat çəkib
12:00 / 20-04-2024
Ukraynanın qərbində hərbi geyimli şəxslər nəzarət-buraxılış məntəqəsində bir polisi güllələyiblər
23:47 / 19-04-2024
“İzvestiya”nın hərbi müxbiri Semyon Eremin Şimal Hərbi Dairə zonasında ölüb
23:25 / 19-04-2024
Uspenskayanın direktoru müğənninin səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərləri təkzib edib
23:18 / 19-04-2024
Üç İsrail raketi İraq ərazisinə düşüb
23:11 / 19-04-2024
"Monako"nun baş məşqçisi Hütter: "Qolovin əsas oyunçudur"
23:05 / 19-04-2024
WP: Ukrayna Silahlı Qüvvələri anlayır ki, səfərbərlik mərmi aclığı fonunda heç nəyi dəyişməyəcək
22:58 / 19-04-2024
Finlandiyanın Baş naziri və AK rəhbəri rusdilli sakinlərlə ünsiyyətə vaxt tapmadı
22:50 / 19-04-2024
"Üç balina" ticarət kompleksinin təsisçisi Sergey Zuev vəfat edib
22:38 / 19-04-2024
NATO-nun baş katibi Ukraynanın Rusiya Federasiyasındakı hərbi obyektlərə zərbələrini qanuni hesab edir
22:30 / 19-04-2024
UEFA "Aston Villa"nın qapıçısı Martinesi Konfrans Liqasından kənarlaşdırıb
22:23 / 19-04-2024
Rusiya hökuməti dost olmayan ölkələrdən gələn pivə üçün gömrük rüsumlarını artırıb
22:01 / 19-04-2024
Fövqəladə Hallar Nazirliyi moskvalılara güclü küləklə bağlı xəbərdarlıq edib
21:54 / 19-04-2024
ABC: İsrail İrandakı nüvə obyekti yaxınlığında hava hücumundan müdafiə radarını vurdu
12:41 / 19-04-2024
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
09:32 / 19-04-2024
Rusiya Müdafiə Nazirliyi Stavropol vilayətində "Tu-22M3" təyyarəsinin qəzaya uğradığını təsdiqləyib
09:27 / 19-04-2024
“Liverpul” “Atalanta”ya qalib gəlsə də, Avropa Liqasından kənarda qalıb
09:23 / 19-04-2024
"Bayer Leverkuzen" və "Roma" Avropa Liqasının finalına çıxmaq uğrunda mübarizə aparacaq
08:15 / 19-04-2024
Robert Vud: "Fələstin BMT-nin tamhüquqlu üzvü ola bilməz"
08:09 / 19-04-2024
Kuleba Kobaxidzeni Gürcüstanın “ukraynalaşması” ilə bağlı sözlərə görə tənqid edib
08:04 / 19-04-2024
Qadın 13 yaşlı oğluna bıçaqla hücum edib
07:59 / 19-04-2024
ABŞ Argentinaya müdafiə üçün 40 milyon dollar verir
07:53 / 19-04-2024
Əlcəzair Fələstinin BMT-yə üzvlüyü perspektivinə əmindir
07:49 / 19-04-2024
Ana və azyaşlı oğul yanğın nəticəsində ölüb
07:45 / 19-04-2024
İsrail İranda bir obyektə raket zərbəsi endirib
07:40 / 19-04-2024
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
22:58 / 18-04-2024
Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə daimi üzv kimi daxil olmasını dəstəkləməyəcək
22:52 / 18-04-2024
Makron: "Ukrayna üçün İsraillə eyni hava hücumundan müdafiə sistemi qurmaq mümkün deyil"
22:41 / 18-04-2024
CNN: Çad ABŞ-ı hərbi razılaşmanı pozmaqla hədələyir
22:32 / 18-04-2024
Zaxarova: "Kosovonun Avropa Şurasına daxil olmaq hüququ yoxdur"
22:27 / 18-04-2024
Mirançuk "Liverpul"la oyunda "Atalanta"nın start heyətində yer alıb
22:18 / 18-04-2024
Krımda “Ağ kostyum” neonasist qruplaşmasının 12 üzvü saxlanılıb
16:46 / 18-04-2024
Baş prokuror Çin Xalq Respublikasında işgüzar səfərdədir
16:34 / 18-04-2024
ABŞ Konqresinin üzvü Ukraynaya yardıma səs verənləri Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa dəvət edib
16:04 / 18-04-2024
"Bild": Rusiya səfiri casusluqda şübhəli bilinənlərin həbsindən sonra Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
15:59 / 18-04-2024
“Rubin”in baş məşqçisi Rəhimov Premyer Liqada bir oyunluq cəzalanıb
15:59 / 18-04-2024
“Rubin”in baş məşqçisi Rəhimov Premyer Liqada bir oyunluq cəzalanıb
Azərbaycanda 70 yaşlı gəlin, 80 yaşlı oğul, 105 yaşlı ana - Video
Tarix: 27-10-2019 00:12 | Bölmə: Digər
Ölkəmizdə uzunömürlü ailələrə daha çox cənub bölgəsində rast gəlinirsə, indi söhbət açacağımız ailə Ağsu rayonunda yaşayır. Bu ailədə gəlinin 70, oğulun 80, ananın 105 yaşı var.
"Qafqazinfo" Azərtac-a istinadən xəbər verir ki, 1915-ci ildə Ağsu rayonunun Abasxanlı kəndində doğulan Sadatbəyim Mehdiyeva bölgənin ən uzunömürlü sakinlərindən biridir. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən Sadatbəyim nənə deyir ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır. Nənənin sözlərinə görə, yaşadığı illər ərzində xeyli çətinliklərə sinə gərib, müharibələr görüb, ailə qurub, övlad, nəvə-nəticə sahibi olub.
Söhbət zamanı Sadatbəyim nənə bildirir ki, bir qədər tez ailə qursa da, xoşbəxt ola bilməyib: “Yoldaşım İkinci Dünya müharibəsinə yollananda övladlarım balaca idi. Müharibədə həlak oldu. Bütün çətinliklər mənim üzərimdə qaldı”.
Nənənin sözlərinə görə, 1970-ci illərə qədər əzab-əziyyətli günləri çox olub: “İndi Allaha şükür, Azərbaycan gözəlləşib və inkişaf edib. O vaxt nəqliyyat kimi atlar və öküzlərdən istifadə edərdik. Amma indi hamının maşını var. Bakıdan Sumqayıta qədər yükümüzü belimizdə daşıdığımız vaxtlar olub. Allah Azərbaycan xalqından belə gözəl dövranı almasın. Bu, görünməyən bir tarixdir. Heyf ki, ömrümüzün bu yaşına təsadüf edib”.
Sadatbəyim nənə zəhmətkeş əməkçi kimi xidmətlərinə görə bir neçə dəfə medal ilə də təltif edilib.
Nənənin 70 yaşlı gəlini Zemfira Mehdiyeva deyir ki, uzunömürlü və sağlam yaşamaq üçün bəzi məqamlara diqqət etmək lazımdır: “Düzdür, ömrü verən Allahdır, amma gərək sən də özünü gözləyəsən. Ailədə söz-söhbət də olar, amma gərək bir-birinizi eşidəsiniz, başa düşəsiniz. Mənim 70, yoldaşımın 80, qayınanamın da 105 yaşı var. Əlli beş ildir ki, bu evə gəlin gəlmişəm”.
Sadatbəyim nənənin 80 yaşlı oğlu Sabir baba uzun illər mexanizator işləyib. Hazırda təqaüddə olan baba deyir ki, işləmək və halal qazanc əldə etmək insanı qocaltmaz. “Halal işləsən, halal qazansan, qazandığını evə gətirib ailənlə mehriban olsan, can deyib, can eşitsən – əlbəttə ki, insan o evdə çox yaşayar”, - deyə o qeyd edib.
105 yaşlı Sadatbəyim nənənin iki övladı, 13 nəvəsi, 27 nəticəsi, 11 kötükcəsi var. Yaşının çox olmasına baxmayaraq, özünü gümrah və xoşbəxt hesab edir.
Baxış sayı: 531
Bölməyə aid digər xəbərlər