Bütün xəbərlər
Sumqayıtda Nə? Harada? Nə zaman? intellektual oyunu keçirildi
Tarix: 24-10-2019 15:37 | Bölmə: Digər

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 23 oktyabr 2019-cu il tarixində Heydər Əliyev Mərkəzindəşəhər gəncləri arasında interaktiv formatda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirildi.          
Tədbirigiriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynoviştirakçı komandaları salamlamış, ölkə və şəhər rəhbərliyinin gənc nəslə  göstərdiyi diqqət vəqayğıdan, dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışdır. Bildirildi ki, yarışın məqsədi“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini və dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq vəasudə vaxtlarının səmərəli təşkil etməkdir.
Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən 14-29 yaş arası gənclərdən ibarət komandalar öz bilik və bacarıqlarını sınayıb.Gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə Qızıl Aypara Cəmiyyəti  Sumqayıt şəhər bölməsinin  “Aypara”,  II yerə“Asan Xidmət” mərkəzinin“Mübariz”, III yerə isə Gənclər Evinin “Gənclik” komandası layiq görülmüşdür.
Qaliblərə Baş İdarənin medal və fəxri fərmanları təqdim edilib.
Sabaha-inamla.Az




Baxış sayı: 499


Bölməyə aid digər xəbərlər