Bütün xəbərlər
Sumqayıt idmançıları mükafatlandırıldı
Tarix: 19-10-2019 01:15 | Bölmə: Digər

    18 oktyabr 2019-cu il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində Avropa, Dünya (birincilik, çempionat, kubok) və II Avropa oyunlarında yüksək nəticələr əldə etmiş Sumqayıt idmançıları ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov ilk öncə yüksək nailiyyətlər əldə etmiş şəhər idmançlarını və onların məşqçilərini təbrik etmişdir. E.Hümbətov çıxışına davam edərək Ümummilli lider Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, şəhər rəhbərliyinin digər sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğısından, son dövrlərdə Azərbaycanın idman növləri üzrə yığma komandalarının tərkibində Sumqayıt idmançılarının əldə etdiyi uğurlardan, şəhərdə görülən yenidənqurma, abadlıq və tikinti işləri haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Daha sonra çıxış edən “Azərbaycan Respublikasının Əməkdər Bədən Tərbiyəsi və İdman xadimi, prezident təqaüdçüsü Əhməddin Rəcəbli öz adından, məşqçi-müəllimlər adından ölkəmizdə o cümlədən şəhərimizdə idmana və idmançılara  göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, şəhər rəhbərliyinə, Gənclər və İdman Baş İdarəsinə öz minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda yüksək nəticələr əldə etmiş idmançılar Baş İdarə tərəfindən hədiyyələrilə təltif edilmiş və onlarla xatirə şəkili çəkdirilmişdir.
Sabaha-inamla.Az





Baxış sayı: 530


Bölməyə aid digər xəbərlər