Cüdoçumuz bürünc medal qazandı
Tarix: 12-10-2019 23:11 | Bölmə: Digər

                       Cüdoçumuz bürünc medal qazandı


Estoniyada cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib.
"Qafqazinfo" xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian bürünc medal qazanıb.
Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan millimizin rumın legioneri yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Florian bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib.
Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən Tallin turnirində 35 ölkədən 292 cüdoçu yarışır


Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər