Bütün xəbərlər
Müştərilərə 2 milyon “atıb” Azərbaycanda dincəlir
Tarix: 11-10-2019 16:47 | Bölmə: Digər

                     Müştərilərə 2 milyon “atıb” Azərbaycanda dincəlir


Rusiyanın Altay vilayətində fəaliyyət göstərən “Qaynar Tur” (“Хот Тур”) turizm agentliyinin direktoru Olesya Şaxtorina müştərilərinə qarşı dələduzluq etdikdən sonra Azərbaycana qaçıb.
“Qafqazinfo”nun “Komsomolskaya pravda” nəşrinə istinadən verdiyi xəbərə görə, səyahət agentliyi ilk vaxtlar vəzifəsini düzgün yerinə yetirərək mütəmadi olaraq Altay diyarının sakinlərini isti ölkələrə göndərirmiş. Lakin məzənnə dəyişəndən sonra firmanın işləri tədricən azalmağa başlayıb və şirkətin direktoru müştərilərinə 2 milyon rubl “ataraq” yoxa çıxıb.
Məlumata görə, agentlikdən tur paket alan müştərilər gün məsələsində aldadılıblar. Belə ki, onlar 10 günlük paket alsalar da cəmi 7 gün dincələ biliblər. Lakin məsələlər vətəndaşlara endirimlər edilməklə və ya kiçik təzminat ödəməklə həll olunub.


Şirkətin fırıldaqları bununla bitməyib. Müştərilərdən dördulduzlu otel üçün pul alınsa da onları 3 ulduzlu otellərə yerləşdiriblər.
O. Şaxtorina əvvəlcədən pulu götürərək turpaket və təyyarəyə biletləri təqdim etməmək kimi açıq-aşkar fırıldaqçılıq etməyə başladıqdan sonra işə hüquq-mühafizə orqanları müdaxilə edib. İş üzrə cəmi 32 zərərçəkən var ki, onlara da 2 milyon rubldan çox zərər dəyib.
Polis narazı müştərilərin ifadələrini aldıqdan sonra direktorun ərini sorğu-sual edib. Şirkəti quran ər istintaqla əməkdaşlıq edib. O, firmanın işində iştirak etmədiyini söyləyib.



Məlum olub ki, Olesya Şaxtorinanın əməlləri polisə qədər gedib çıxandan sonra o, iki uşağını da götürərək Xəzər dənizinin Azərbaycan hissəsinə dincəlməyə yollanıb. O, 2019-cu ilin sentyabrından istirahət mərkəzlərindən birində dincəlir və görünür ki, ölkəsinə qayıtmağı planlaşdırmır.
İndi onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (külli miqdarda ziyan vurmaqla fırıldaqçılıq) üzrə azadlıqdan məhrumetmə gözləyir.


Baxış sayı: 489


Bölməyə aid digər xəbərlər