Bütün xəbərlər
İbrahimovun oğlu polislə “qaçdı-tutdu”dan sonra belə saxlanıldı - Video
Tarix: 04-10-2019 18:18 | Bölmə: Digər

                       İbrahimovun oğlu polislə “qaçdı-tutdu”dan sonra belə saxlanıldı


Ötən gün Rusiyanın ən iri mobil rabitə operatorlarından olan MTS-in vitse-prezidenti Ruslan İbrahimovun 25 yaşlı oğlu Alan saxlanılıb.
“Qafqazinfo”nun “Ren TV”yə istinadən verdiyi xəbərə görə, o, Moskvada “BMW” markalı avtomobili ilə yol hərəkəti qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanlarının ”dur” əmrinə tabe olmayıb və paytaxt küçələrində qaçaqaç təşkil edib.
Alan İbrahimovu təxminən 3 saat davam edən “qaçdı-tutdu”dan sonra saxlamaq mümkün olub. Lakin o, yenə polisə tabe olmayaraq avtomobilin qapılarını içəridən kilidləyərək təslim olmaqdan imtina edib. Polis əməkdaşları avtomobilin şüşələrini sındırıblar və Alan İbrahimovu onunla birlikdə maşında olan dostu Nikita Kalqaşkin ilə məcbur yerə endirərək əllərini qandallayıblar.
                                
Saxlanılan şəxsin avtomobilinə baxış keçirilən zaman silah və narkotik maddə olan çantalar tapılıb.
Ehtimal edilir ki, iş adamının oğlu insident zamanı narkotik madddənin təsirində olub. 
Qolovinski məhkəməsi İbrahimov barəsində inzibati həbs qərarı çıxarıb.
Qeyd edək ki, A. İbrahimov instaqram hesabında tez-tez dəbdəbəli həyat sürdüyünü göstərən fotolar paylaşıb.











Baxış sayı: 495


Bölməyə aid digər xəbərlər