Bütün xəbərlər
Cüdo üzrə komandalararası açıq şəhər birinciliyinə yekun vuruldu
Tarix: 23-09-2019 16:33 | Bölmə: Digər
21-22 sentyabr 2019-cu il tarixlərində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Paralimpiya İdman Kompleksində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş 2008-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə komandalararası açıq şəhər birinciliyi keçirilmişdir.
Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasının geniş vüsət almasını qeyd etdi, ölkəmizdə idmanın sürətli inkişafından danışaraq əldə olunmuş bütün nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının nəticəsi olduğunu vurğuladı və idmançıların hər birinə yarışda uğurlar arzuladı.
Şəhərdə ilk dəfə keçirilən komandalararası birincilikdə 110-dan artıq idmançı qalib adı uğrunda mübarizə aparmışdır. İki gün davam edən gərgin idman mübarizəsi şəraitində keçən yarışda 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin 1-ci komandası I yerə, həmin məktəbin 2-ci komandası II yerə, İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbinin və “Təhsil” RİMSŞ 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinin  komandaları isə III yerlərə layiq görülmüşlər.
Yarışın qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, medal, kubok və hədiyyələrlə təltif olunmuşlar.
Sabaha-inamla.Az





Baxış sayı: 628


Bölməyə aid digər xəbərlər