Bütün xəbərlər
“Sumqayıt” “Sabah”a qalib gəldi, “Səbail”lə “Qəbələ” isə heç-heçə etdi -
Tarix: 22-09-2019 08:24 | Bölmə: Digər

                        “Sumqayıt” “Sabah”a qalib gəldi, “Səbail”lə “Qəbələ” isə heç-heçə etdi


Sentyabrın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turunun iki oyunu keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, tur çərçivəsində “Sumqayıt” “Sabah”ı, "Səbail" isə "Qəbələ"ni qəbul edib. 
İlk matç sumqayıtlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 34-cü dəqiqəsində Sərdar Taşkın olub.
                               
İkinci qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Rövlan Muradov 17-ci dəqiqədə baxımlı qolla hesabı açıb. Meydan sahibləri isə 68-ci dəqiqədə tarazlığı bərpa edə bilib - Mirabdulla Abbasov fərqlənib.
                                
Qeyd edək ki, turun "Neftçi" - "Keşlə" qarşılaşması sentyabrın 22-də, "Zirə" - "Qarabağ" görüşü isə sentyabrın 23-də olacaq.


Baxış sayı: 466


Bölməyə aid digər xəbərlər