00:11 / 29-03-2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
23:35 / 28-03-2024
ZİYALI ÖMRÜNÜN AKKORDLARI...
23:01 / 28-03-2024
Rostovlu cərrahlar 26 qəpik udan adamı xilas ediblər
22:55 / 28-03-2024
Zaxarova Kirbinin kobudluğuna cavab verib
22:50 / 28-03-2024
"Nyukasl"ın futbolçusu Tonali mərc oynadığı üçün növbəti qadağa ilə üzləşib
22:13 / 28-03-2024
Zelenski CBS telekanalına müsahibəsində Amerika silahlarını reklam edib
21:59 / 28-03-2024
"Rosatom"un top meneceri xüsusilə böyük rüşvətə görə həbsxanaya göndərildi
21:53 / 28-03-2024
MDU-nun keçmiş aspirantı 4 il müddətinə azadlıqdan məhrum edilib
21:47 / 28-03-2024
"Sport.es": "Barselona" "Arsenal"ın futbolçusu Jorginyoya iddialıdır
21:20 / 28-03-2024
"The Athletic": UEFA komandaların Avro 2024 üçün müraciətlərini artırmağı planlaşdırır
21:14 / 28-03-2024
Sevastopol qubernatoru bildirir ki, şəhər yaxınlığında təyyarə dənizə düşüb
21:08 / 28-03-2024
Burunov etiraf edib ki, konsertə gecikməsi onu “Krokus”da terror aktından xilas edib
20:59 / 28-03-2024
Bryansk sakini Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşmək niyyətinə görə həbsxanaya göndərilib
20:55 / 28-03-2024
Lavrov: "Ermənistan bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxarır"
19:39 / 28-03-2024
Baş Prokurorluq Metanın mətbuat katibinin işini məhkəməyə göndərib
19:35 / 28-03-2024
LCI: Makron Ukraynaya qoşun göndərəcəyi təqdirdə cavabı düşünməyib
19:29 / 28-03-2024
"Daily Mail": Dani Alves zaminə buraxıldıqdan sonra ziyafət verib
07:09 / 28-03-2024
Putin: "F-16"-ların Ukraynaya çatdırılması döyüş meydanındakı vəziyyəti dəyişməyəcək"
07:02 / 28-03-2024
"Krokus"da terror aktını törədənlər İŞİD-in əfqan qanadının Telegram kanalından cəlb olunub
06:54 / 28-03-2024
Vilfand: "Rusiya Federasiyasının doqquz rayonunda -40 dərəcəyə qədər anomal şaxta gözlənilir"
06:49 / 28-03-2024
"Teleqraf": Britaniya Rusiya ilə münaqişədə cəmi bir neçə ay davam edəcək
06:37 / 28-03-2024
Nijni Novqorod məktəblisi terrorçulara təşəkkür etdiyi üçün mer təqaüdündən məhrum edilib
06:28 / 28-03-2024
Putin bildirib ki, Rusiya NATO ilə döyüşmək fikrində deyil
06:23 / 28-03-2024
Putin helikopteri idarə etməyə çalışıb
06:06 / 28-03-2024
“Hesabatına ödənişi əlavə etməyi unudub” - Hikmət Hacıyev
22:56 / 27-03-2024
Futbolçunu öpən Rubialesi 2,5 il həbs gözləyir
22:50 / 27-03-2024
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
22:46 / 27-03-2024
Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım
22:41 / 27-03-2024
Sankt-Peterburqda miqrasiya biznesində şübhəli bilinən 30 nəfər saxlanılıb
22:36 / 27-03-2024
Xarici İşlər Nazirliyi: Rusiya diplomatının Latviyadan çıxarılmasına cavab verəcək
21:40 / 27-03-2024
Vorobyev ÇSKA-nın baş məşqçisi postunda Fedorovu əvəz edəcək
21:33 / 27-03-2024
Aktrisa Svetlana Svetliçnaya xəstəxanaya yerləşdirilib
21:29 / 27-03-2024
Rusiya Federal Gömrük Xidmətinin rəis müavini Yaqodkina aksiz markalarının verilməsinə görə həbs edilib
21:23 / 27-03-2024
Peskov: "Terror aktından sonra Putin bütün gecəni yatmadı və xəbərlər aldı"
21:15 / 27-03-2024
Rusiya milli futbol komandasının həkimi San-Paulu hava limanında qadını xilas edib
21:09 / 27-03-2024
"Krokus"da insanları xilas edən qarderob işçisi Putinlə görüşmək istədiyini açıqlayıb
21:03 / 27-03-2024
“Krokus” terror aktı ilə bağlı qalmaqallı yazıların müəllifi terrora haqq qazandırdığı üçün həbs edilib
20:56 / 27-03-2024
AŞPA Siyasi Komitəsi Kosovonun Avropa Şurasına üzvlüyünü təsdiqləyib
14:43 / 27-03-2024
Endrik Peleni məğlub edərək Braziliya üçün rekord vurdu
14:38 / 27-03-2024
Məktəbli qızı qətlə yetirməkdə şübhəli bilinirdi
Brama, Orpinqton, Malin... Bu növ toyuqların Bakıda qiyməti 400 manata qədərdir (FOTO)
Tarix: 20-09-2019 09:50 | Bölmə: Digər
İnsanların gündəlik qida rasionunda ən tələbatlı məhsullardan biri şübhəsiz ki, toyuq ətidir. Həm əti, həm də yumurtası üçün Azərbaycanda da toyuq bəslənməsinə xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan digər məhsullarla müqayisədə quş ətinə və yumurtaya olan tələbatını tam şəkildə ödəyir. Azərbaycanda çoxlarının bilmədiyi dekorativ toyuq növləri də var ki, bunlara daha böyük maraq müşahidə olunur.
Dekorativ toyuq növlərinin ən çox satıldığı məkanlardan biri isə Sabunçu rayonu ərazisində yerləşən və “rus bazarı” adı ilə tanınan ticarət məkanıdır. Yalnız bazar günləri fəaliyyət göstərən bu bazarda müxtəlif növdə quşlar tapmaq mümkündür. Qiymətlər isə fərqlidir - 5 manatdan 250 manata qədər...
Kəsim üçün nəzərdə tutulan toyuqların qiyməti maksimum 10 manatdır. Dekorativ quşlara gəldikdə isə vəziyyət bir qədər dəyişir. Belə quşların minimum qiyməti 50 manatdır. Dekorativ quşların şahı isə "Brama"dır. Bu toyuq növü Asiyada yaransa da, sonralar ABŞ-a gətirilib, burada populyasiya olunub və hər kəs onu Amerikan sortu kimi tanıyır. “Rus bazarı”nda Bramanın qiyməti minimum 50 manatdan başlayır. "Brama" özü də bir neçə növə bölünür - "dark", "light" və "gold". Onların arasında ən çox tələbat "gold Brama"yadır. Bazarda "Brama"nın 10 günlük balası 3 manata, yumurtası isə 12 manata satılır.
Dekorativ quşlar arasında daha iki toyuq var ki, onlara da Azərbaycanda tələbat xeyli yüksəkdir. "Malin" və "Orpinqton" növü "Brama" ilə müqaisədə bir az xırdadır. Satıcılar bildirirlər ki, bu növ toyuqlar çox nadir hallarda ictimai yerdə açıq şəkildə satılır. Onların satışı yalnız sifarişlə həyata keçirilir. Öncə quşun şəkilləri alıcıya göndərilir və bəyənildiyi halda gəlib alır. Bu dekorativ toyuqların qiyməti isə 50 manatdan 400 manata qədər dəyişir.
"Orpinqton" gözəlliyindən əlavə, yumurtlama sayına görə də digərlərindən üstündür. Bu növdə toyuqlar ildə 160-170 yumurta yumurtlayırlar.
Satıcılar deyirLƏR ki, dekorativ toyuqları heç bir halda başqa növlərlə cütləşdirmək olmaz: "Belə olduqda onların yaşaması çox qısa çəkir və demək olar ki, əsl görkəmlərini itirirlər. Dekortiv toyuqlar maksimum 4-5 il yaşayır. Əsas şərt yemlərinə düzgün riayət etmək və hinlərini təmiz şəraitdə saxlamaqdır”.
Satıcılar bildirirlər ki, bu cür toyuqları alanlar sıradan adamlar deyillər. Əsasən, imkanlı şəxslər belə toyuqları almaq həvəsində olurlar. Onlar dekorativ quşları bağ evlərində və ya hansısa obyektlərdə saxlamaq üçün alırlar.
Baxış sayı: 670
Bölməyə aid digər xəbərlər