Bütün xəbərlər
Hacı Əliyev nədən məhrum oldu?
Tarix: 19-09-2019 13:41 | Bölmə: Digər

                    Hacı Əliyev nədən məhrum oldu?


Nur-Sultanda keçirilən dünya çempionatında rusiyalı idmançı Hacımurad Rəşidova uduzan Hacı Əliyevin hakimlərə etiraz etdiyini, onlara hücum çəkdiyini xəbər vermişdik. “Qafqazinfo”nun məlumatına görə, qalmaqala səbəb olan idmançımız dünya çempionatından diskvalifikasiya olunub. 
Belə ki, onun rəqibi Rəşidov finala çıxsa belə, Əliyev təsəlliverici görüşlərə qatılmayacaq. Bununla da o, bürünc medal şanslarından da məhrum olub. 
Hacı Əliyev qarşıda 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya lisenziya verəcək 3 turnirdə iştirak  edəcək. Hakimlərin ona göstərdiyi qırmızı vərəq isə yalnız hazırda davam edən dünya çempionatından diskvalifikasiya olunduğu anlamına gəlir. 


Baxış sayı: 498


Bölməyə aid digər xəbərlər