Bütün xəbərlər
Badminton üzrə Sumqayıt birinciliyinə yekun vuruldu -SUMQAYIT-70
Tarix: 12-09-2019 18:38 | Bölmə: Digər
11-12 sentyabr 2019-cu il tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş badminton idman növü üzrə 2008-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında açıq şəhər birinciliyi keçirilmişdir. Yarışda Bakı və Sumqayıt şəhərlərinin 4 komandası olmaqla 30 nəfərdən artıq idmançsı qalib adı uğrunda mübarizə aparmışdır.
İki gün davam edən gərgin idman mübarizəsi şəraitində keçən yarışda Arzuman Hüseyinli, Zəhra Rüstəmova şəxsi yarışlarda, Nəzrin Ağamuradova, İntizar Mustafayeva, Arzuman Hüseynli və Əmirxan İmanov isə qoşa yarışlarda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yarışın qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunmuşdur.
Sabaha-inamla.Az



Baxış sayı: 683


Bölməyə aid digər xəbərlər