Bütün xəbərlər
Azərbaycanda tanınmış ekspertə ağır itki üz verdi
Tarix: 11-09-2019 19:45 | Bölmə: Cəmiyyət

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

"Qızım ailəli idi. İndi mən balamın nəşini gözləyirəm"

 Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib.
Bu barədə Sputnik Azərbaycan-a Eyyub Hüseynov özü məlumat verib. Birlik sədrinin qızı Xumar ağır xəstəlikdən dünyasını dəyişib. E. Hüseynov bildirib ki, Xumar bir ildir ki, ağciyərində xərçəng xəstəliyinə görə müalicə alırmış. O, ixtisasca həkim olan qızının Kanadada yaşadığını, nəşinin Azərbaycana gətirilməsi üçün qardaşının yola düşdüyünü bildirib: "Valideyn üçün çox ağır itkidir. Övlad itkisi dözülməzdir. Qızım ailəli idi. 44 yaşı vardı. İndi mən balamın nəşini gözləyirəm".








Baxış sayı: 477


Bölməyə aid digər xəbərlər