"Pəhləvanlar" kafesində qadın alverində təqsirləndirilən dəstənin məhkəməsi başladı
Tarix: 11-09-2019 16:15 | Bölmə: Cəmiyyət

                                      

Bakı Ağır Cinayətlər Məhkəməsində əxlaqsızlıq yuvası təşkil etmə və narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Qabil Ramazanov, onun qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirlib və iş üzrə məhkəmə baxışı sentyabrın 13-nə təyin edilib.
Təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.
Abşeron rayonunda yerləşən “Pəhləvan” kafesində keçirilən əməliyyat nəticəsində məlum olub ki, kafedə xüsusi hazırlanmış otaqlarda qadınlar kişi müştərilərə pul müqabilində intim xidmət göstəriblər. Həmin kafeni işlədən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimov obyektdə əxlaqsızlıq yuvası təşkil etməklə qazanc əldə etdikləri üzə çıxıb.
Bundan başqa, həbs olunan zaman Qabil Ramazanovdan külli miqdarda narkotik vasitə aşkar olunub.
İstintaq orqanı Qabil Ramazanov, barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edib.
Habil Ramazanov və Yalçın Əzimliyə isə Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə ittiham verilib.


Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
16-09-2019, 01:22 TƏBRİK EDİRİK!
31-08-2019, 02:22 TƏBRİK EDİRİK!
17-08-2019, 01:23 TƏBRİK EDİRİK!
16-08-2019, 14:14 TƏBRİK EDİRİK!