Bütün xəbərlər
Unudulan adam-NAZİR RÜSTƏM
Tarix: 11-09-2019 14:30 | Bölmə: Cəmiyyət
Sabaha-inamla.Az xəbər portalı Sumqayıt şəhərində yaşayan əməkdar artist, şair qəlbli insan Nazir Rüstəmin Türk şairi, yazıçı, rəssam, dramaturq, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətə həsr etdiyi "Unudulan adam" şeirini oxuculara təqdim edir.

Unudulan adam

Unudulan adam
torpağını uduzan
ölkəyə bənzəyir,
bir az da qara
kölgəyə bənzəyir
unudulan adam.
Dolan buluddu,
yağa bilmir,
Susuz çaydı,
axa bilmir,
sevinə bilmir,
darıxa bilmir
unudulan adam.
Tamam, əfəndim,
tamam.

Nazir Rüstəm


Baxış sayı: 685


Bölməyə aid digər xəbərlər