Vətəndaşları intim videolarla şantaj edən "Xalq ulduzu"na hökm oxundu
Tarix: 09-09-2019 22:11 | Bölmə: Cəmiyyət
Vətəndaşları intim videolarla şantaj edən "Xalq ulduzu"na hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində şantaj edərək hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirləndirilən Məmmədov Səfa Şəfa oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Axşam.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə  Səfa Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Səfa Məmmədov qeyd edilən əməli G.Qasımovaya qarşı törədib. İlkin məlumata görə Məmmədov zərərçəkmişi əlində olan videogörüntülərlə şantaj edərək pul tələb edib.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) və 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Səfa Məmmədov müğənni kimi fəaliyyət göstərib. O, daha əvvəl də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkumluq həyatı yaşayıb.


Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər
16-09-2019, 01:22 TƏBRİK EDİRİK!
31-08-2019, 02:22 TƏBRİK EDİRİK!
17-08-2019, 01:23 TƏBRİK EDİRİK!
16-08-2019, 14:14 TƏBRİK EDİRİK!