Bütün xəbərlər
“Polis məsciddə şəhidlərin plakatını sökməyib” - Rəsmi açıqlama
Tarix: 09-09-2019 18:52 | Bölmə: Cəmiyyət

                      “Polis məsciddə şəhidlərin plakatını sökməyib”


"Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatları sökməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O bildirib ki, iddialar polisə qarşı təxribatdır, orda plakatların polis tərəfindən sökülməsi ilə bağlı hər hansı göstəriş olmayıb, yalandır: “Bu qərəzli məlumatı yayanlar nəzərə alsınlar ki, polis bu xalqın övladlarıdır, vətən uğrunda canı fəda edən şəhidlərimizin xatirəsi bizim üçün də əzizdir, müqəddəsdir”.











Baxış sayı: 548


Bölməyə aid digər xəbərlər