Bütün xəbərlər
Sumqayıt karateçilərinin növbəti uğuru
Tarix: 06-09-2019 02:03 | Bölmə: Cəmiyyət
         04 sentyabr 2019-cu il tarixində Sumqayıt Gənclər evində Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə karate üzrə Beynəlxalq turnirlərdə qalib gəlmiş Sumqayıt idmançıları və onların məşqçiləri ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov ilk öncə yüksək nəaliyyətlər əldə etmiş idmançları və onların məşqçilərini təbrik etmişdir. E.Hümbətov çıxışına davam edərək Ümummilli lider Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, şəhər rəhbərliyinin digər sahələrdə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğısından, son dövrlərdə Azərbaycanın idman növləri üzrə yığma komandalarının tərkibində Sumqayıt idmançılarının əldə etdiyi nailiyyətlərdən, şəhərdə görülən yenidənqurma, abadlıq və tikinti işləri haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Daha sonra çıxış edən karate üzrə “Azərbaycan Respublikasının Əməkdar Məşqçiləri” Rafael Məmmədov, Akif Kərimov və Rövşən Allahverdiyev onlara göstərilən diqqət və qayğıya görə şəhər rəhbərliyinə, Gənclər və İdman Baş İdarəsinə öz minnətdarlığını bildirmişlər.
Sonda turnirlərin qalibi və mükafatçıları, məşqçiləri Baş İdarənin hədiyyələrilə təltif edilmiş və onlarla xatirə şəkili çəkdirilmişdir.
Sabaha-inamla.Az




Baxış sayı: 580


Bölməyə aid digər xəbərlər