Bütün xəbərlər
Sumqayıtda sürücü ilə kobud davranan yol polisi daxili işlər orqanlarından xaric olunub
Tarix: 30-08-2019 13:05 | Bölmə: Cəmiyyət

                                    

Sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücü ilə kobud davranmasını əks etdirən görüntülər yayımlanıb.
Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev "Report"un sorğusuna cavab olaraq bildirib ki, yol verdiyi qəbahətlərə görə Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub.






Baxış sayı: 693


Bölməyə aid digər xəbərlər