Bütün xəbərlər
Ərdoğan müavininin atasının cənazə mərasimində - Tabutu daşıdı
Tarix: 29-08-2019 23:58 | Bölmə: Cəmiyyət

                      


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müavini Hayati Yazıcının atası Mustafa Yazıcının cənazə mərasimində iştirak edib.
AKP sədrinin siyasi və hüquqi məsələlərdən məsul müavini H.Yazıcının atası 93 yaşında vəfat edib.
Cənazə mərasiminə bir çox nazir, siyasi və ictimai xadimlər qatılıb. Türkiyə Prezidenti H.Yazıcı ilə birlikdə mərhumun tabutunu öz çiyinlərində daşıyıb.
Qeyd edək ki, R.T.Ərdoğan həm də AKP-nin sədridir.


Baxış sayı: 731


Bölməyə aid digər xəbərlər