01:22 / 16-09-2019
TƏBRİK EDİRİK!
Bakıda jurnalisti döyən şəxsə cinayət işi açıldı
Tarix: 27-08-2019 11:04 | Bölmə: Cəmiyyət

               Bakıda jurnalisti döyən şəxsə cinayət işi açıldı


Avqustun 25-də saat 10 radələrində Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərovun idarə etdiyi “Mercedes” markalı 99-BC-360 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı avtomobil yolu ilə hərəkətdə olarkən Binə qəsəbəsi ərazisində “Daewoo” markalı 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən heç bir əsaslı səbəb olmadan saxladılaraq mübahisə etməklə ona bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında qeyd olunub. 
Bildirilib ki, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. 
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 1993-cü il təvəllüdlü Seymur Mustafazadə olduğu aşkar edilib. 
İstintaqla Seymur Mustafazadənin ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək Z.Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 
S.Mustafazadə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 


Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər
Dünən, 01:22 TƏBRİK EDİRİK!
31-08-2019, 02:22 TƏBRİK EDİRİK!
17-08-2019, 01:23 TƏBRİK EDİRİK!
16-08-2019, 14:14 TƏBRİK EDİRİK!