Bütün xəbərlər
Milli-əxlaqi qürurun 70 ili
Tarix: 26-08-2019 11:58 | Bölmə: Cəmiyyət

Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərmişdir. Yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir. Hələ 1990-cı ildə 20 yanvar faciəsindən sonra Sovet İKP MK-nın Baş Katibi, SSRİ Ali Sovetinin sədri MixailQorbaçova, BMT-nin o vaxt ki, Baş Katibi Peres de Kuelyerə, eləcə də bütün dövlətlərin və dinlərin başçılarına ünvanladığı müraciətində günahkarları qınamış və vətəninin, xalqının, millətinin arxasında durduğunu bir daha sübut etdi.Bununla yanaşı qeyd etmək lazımdır ki, Şeyx həzrətləri hər zaman doğma vətənimizin ən ağır günlərində, millətimizin çətin anlarında qətiyyətli mövqeyini ortaya qoymuş, öz nüfuz və imkanlarını xalqımızın haqq işinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xidmətə sərf etmişdir. 
Şeyx həzrətlərinin ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşmasında əvəzsiz xidmətləri olmuşdur. Dövlət-din münasibətlərinin ölkəmizdə düzgün məcraya yönəldilməsi, vətəndaş birliyinin təmin olunması, cəmiyyətdə milli mənəvi dəyələrimizinqorunub saxlanılması işində Şeyx həzrətlərinin rolu və əməyi əvəzsizdir.Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi illər ərzində Şeyx həzrətlərinin qarşıya qoyduğu əsas məqsədlər sırasında İslam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının artırılması kimi mühüm məsələlər yer almışdır.
Əbəs yerə deyil ki, Ümummilli liderimiz Heydər Əliyev çıxışlarının birində: “Müqəddəs dinimiz olan İslamın gözəl ənənələrinin ölkəmizdə, habelə bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır” demişdir.
Daim milli-əxlaqi dəyərlərə önəm verən, milli-mənəvi dəyərlərin təbliğini və qorunmasını önəmsəyən, eyni zamanda bu istiqamətdə aparılan işləri təqdirəlayiq hesab edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu əvəzsiz və böyük xidmətləri dəyərləndirərək 9 aprel 2019-cu il Şeyx həzrətlərinin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi haqqında sərəncam imzaladı. Bu da Cənab prezidentin milli-mənəvi dəyərlərə və həmin dəyərlərin təbliğində böyük rolu olan Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə göstərdiyi diqqət və qayğıdır.
Biz də Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyi olaraq bu münasibətlə Şeyx həzrətlərini səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Elvin Talışınski
Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin sədri,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Qorxmaz Paşayev
Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin sədr müavini




Baxış sayı: 818


Bölməyə aid digər xəbərlər